Ordu.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Zamanımızın böyük hissəsini Donbasdakı situasiyaya ayırdıq. Separatçıların son bir neçə həftə ərzində atəşlərin intensivliyini artırmaları tamamilə yolverilməzdir. Biz bəzi separatçıların hücuma keçmək istədiklərini görürük. Lakin Ukrayna Silahlı Qüvvələri bu hücumların qarşısın effektiv şəkildə alır. Prezident Ştaynmayer Donbasdakı vəziyyətlə bağlı əlini nəbzdə tutur”, - deyə Poroşenko bildirib.
O qeyd edib ki, almaniyalı həmkarı ilə Donbasda BMT Sülhməramlı Missiyasının yerləşdirilməsini də müzakirə ediblər.
Ağalar Qəribov
Ordu.az