İŞİD-dən növbəti cəhd: İran parlamenti yaxınlığında partlayıcı qurğu aşkarlanıb

2018/05/13960318001071_Test_PhotoI_1527598433.jpg
Oxunub: 2545     20:52     29 May 2018    
İran parlamentinin bugünkü sessiyasının başlamasından sonra yerli vaxtla təqribən 09:15 radələrində parlament binası yaxınlığında şübhəli obyekt aşkarlanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri binanın şimal girişində obyekt aşkarladıqdan sonra media üzvləri və parlamentin qonaqlarının binaya daxil olmasına əngəl olub.

Dərhal partlayıcı qurğu zərərsizləşdirmə komandası əraziyə cəlb edilib. Komandanın işi nəticəsində təxminən 25 dəqiqə içində bomba yoxlanıb və nəzarətə götürülüb.

İŞİD terror təşkilatının sonuncusu 2017-ci il iyunun 7-də olmaqla daha öncə də İran parlamentinə iki belə hücum həyata keçirdiyinə görə, bu dəfə də İŞİD-dən şübhələnirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-parlamenti   İŞİD  


Bizi "telegram"da izləyin