Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Estoniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Hərbi texnikanın sadə və sürətli şəkildə dövlət sərhədlərindən keçirilməsi Avropa İttifaqı çərçivəsində müdafiə sahəsində dərinləşdirilən əməkdaşlığın tərkib hissəsidir. Bu, NATO və Avropa İttifaqının bir-birinə yardım göstərə biləcəyi təmas nöqtəsidir”, - deyə Ratas bildirib.
O qeyd edib ki, Kanada Baltikyanı ölkələrin təhlükəsizliyinə çox böyük yatırımlar edir.
Ratas və Sac həmçinin kibertəhlükəsizliyə qarşı mübarizə barədə də razılığa gəliblər və qeyd ediblər ki, NATO çərçivəsində bu sahə üzrə işlərə xüsusi diqqət ayırmaq zəruridir.
Ağalar Qəribov
Ordu.az