Lavrov: “ABŞ kibertəhlükəsizlik üzrə Rusiya ilə kontaktlarda maraqlı deyil”

2018/05/534_1527596128.jpg
Oxunub: 3047     20:14     29 May 2018    
“Hazırda Vaşinqton kibertəhlükəsizlik sahəsində Moskva ilə kontanklarda maraqlı deyil”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Onun sözlərinə görə, artıq bir neçə ildir ki, internetin idarə edilməsi üzrə danışıqlar gedir, lakin məlum səbəblərdən ABŞ bu diskussiyalarda çox da maraqlı deyil.

“Hazırda biz aktiv şəkildə kibertəhlükəsizlik üzrə təşəbbüslər irəli sürürük. Onlardan biri Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri tərəfindən irəli sürülən və informasiya sahəsində bütün dövlətlər üçün vahid qaydaların müəyyənləşdirilməsinə dair BMT Baş Assambleyasının qətnaməsidir. İkinci layihə isə kiber cinayətkarlıqla mübarizə üzrə beynəlxalq konvensiyadır”, - deyə Lavrov açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin