Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir SQ-nin mətbuat katibinin yazılı bəyanatında qeyd olunub.
Bəyanatda deyilir ki, əməliyyatın sonuncu günlərində silahlı qruplarla baş verən gərgin qarşıdurmalarda ordunun 2 hərbi qulluqçusu həlak olub.
Sinay-2018 əməliyyatının başlamasından etibarən ölənlərin sayı 300-ü keçib. Bunların 37-si ordu üzvüdür.
Ağalar Ağalarlı
Ordu.az