İsrail Suriya qoşunlarının öz sərhələrində yerləşdirilməsinə razılaşıb

2018/05/1016339278345345_1527593287.jpg
Oxunub: 2936     19:32     29 May 2018    
İsrail öz sərhədlərinə Suriya hökumət qoşunlarının yerləşdirilməsinə razılıq verib.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail televiziyasının İkinci kanalı məlumat yayıb.

“Razılaşmalar Əsəd ordusunun İsraillə sərhəddə mövqe tutacaqlarını nəzərdə tutur. Əvəzində isə Rusiya söz verib ki, Suriyada İran və “Hizbullah” olmayacaq”. – deyə məluimatda bildirilir.

Qeyd edək ki, Rusiya, ABŞ və İordaniyanın razılaşması üzrə İsrail-Suriya demarkasiya xətti 2017-ci ildə yaradılan demarkasiya xəttinə daxildir.

Ağalar Qəribov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin