Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi bəyan edib.
Sözçünün məlumatına görə, təlimlərdə İsrail donanması və NATO-ya üzv dövlətlərdən yüksək rütbəli rəsmilər iştirak edəcək. Təlim çərçivəsində ilk dəfə olaraq İspaniya donanmasının döyüş gəmiləri İsrail limanlarına yan alıblar.
Qeyd edək ki, İsrailin NATO ilə əlaqələri “partnyorluq” kimi qəbul edilib. O, 1994-cü ildən etibarən NATO-nun Aralıq dənizi Dialoqunun üzvüdür. Buraya daxil olan digər dövlətlər isə, İordaniya, Əlcəzair, Misir, Mavritaniya, Mərakeş və Tunisdir.
Ağalar Ağalarlı
Ordu.az