İİKK komandiri: “İran heç vaxt raket təkmilləşdirməsini dayandırmayacaq”

2018/05/5676_1527591635.jpg
Oxunub: 2796     18:59     29 May 2018    
İran İslam İnqilab Keşikçiləri Korpusunun komandiri general Hüseyn Səlami Tehranın raket gücü ilə bağlı dialoqlara çağırışlardan danışıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Səlami İranın bu sahədə bundan sonra da gücünü möhkəmləndirməyə davam edəcəyinə əmin edib.

ABŞ Xarici İşlər naziri Mayk Pompeonun son çıxışlarına reaksiya bildirən general qeyd edib ki, heç kim İranın raket layihəsini dayandıra bilməz, əvəzində kim bundan qorxursa özünə sığınacaq tapsın.

O bildirib ki, qərb İranın sərhədlərinin təhlükəsizliyini təmin etməsi və onların regiondakı dominantlığına təhdid meydana gətirməsindən narahatdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Raket-gücü  


Bizi "telegram"da izləyin