Ukrayna SQ “Qrad”ları Donbasda təmas xəttinə çəkib

2018/05/4565_1527585691.jpeg
Oxunub: 2056     17:43     29 May 2018    
Ukrayna Silahlı Qüvvələri “Qrad” kütləvi yaylım atəşi sistemlərini Donbasda təmas xəttinə çəkib.

Ordu.az Nakanune.ru saytına istinadən xəbər verir ki, bu barədə kəşfiyyat mənbələri məlumat yayıb.

Məlumata görə, Ukrayna hərbçiləri 3 ədəd “Qrad”ı Bolotennoye yaşayış məntəqəsi ərazisində yerləşdirib.

Qeyd edilir ki, son dövrlərdə Ukrayna ordusu Donbasla təmas xəttində müxtəlif artilleriya sistemləri və reaktiv yaylım atəşi sistemlərinin sayını artırır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Qrad   Donbas  


Bizi "telegram"da izləyin