Rusiya və Qazaxıstan Mi-35-lərin təchizatına dair müqavilə imzalayıb

2018/05/4706979345_1527585086.jpg
Oxunub: 3344     17:11     29 May 2018    
“Rusiya və Qazaxıstan 4 ədəd Mi-35 hərbi-nəqliyyat helikopterinin təchizatına dair müqavilə imzalayıb”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbər müavini Vladimir Drojkov bəyan edib.

“Artıq 4 ədəd Mi-35 hərbi-nəqliyyat helikopterinin təchizatına dair yeni müqavilə imzalanıb. Bu il”, - deyə Drojkov bildirib.

Bununla belə, Drojkov helikopterlərin Qazaxıstana təchizat müddətini açıqlamayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Qazaxıstan   Mi-35  


Bizi "telegram"da izləyin