Erməni əsgər valideynləri: "Əgər iş açılmasa Paşinyanla yenidən görüşəcəyik"

2018/05/5345_1527584573.jpg
Oxunub: 2975     16:59     29 May 2018    
Ermənistan ordusunda sülh dövründə ölən əsgərlərin anaları ümid edir ki, yeni hakimiyyət dövründə övladlarının ölümündə günahkar olan şəxslər cəzalandırılacaqlar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, övladı ölən erməni valideynlərdən biri İrina Qazaryan, Nikol Paşinyanın onlara bir az da səbr etməyi tövsiyyə etdiyini bildirib.

Qazaryan, 2010-cu ildə oğlu, Artur Qazaryanın öldürüldüyünə dair sübutlarının olduğunu qeyd edir. Erməni əsgər anası oğlunun hərbi qulluqçulardan birini müdafiə etdiyinə görə zabitlər tərəfindən döyülərək öldürüldüyünü bildirir.

Qeyd edək ki, erməni əsgərlərdən biri yanacaq oğurluğuna şahid olduğuna görə, digərinin cərəyan vurmasından ölməsi və daha sonra ölüm işlərinin ziddiyətli olaraq təqdim edilməsi araşdırmanın sona çatmaması ilə nəticələnib.

Şikayətçi erməni valideynlər işin açılmayacağı təqdirdə Paşinyanla görüşmək niyyətində olduqlarını bildiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Etiraz   Erməni-əsgər  


Bizi "telegram"da izləyin