NATO Norveçdən Quru Qoşunlarının gücləndirilməsini tələb edir

2018/05/2408_1527581731.jpg
Oxunub: 3216     16:33     29 May 2018    
NATO Norveç hökumətindən ölkənin Quru Qoşunlarının gücləndirilməsi və modernləşdirilməsini tələb edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, NATO-nun əsas tələbi qısa zamanda “Leopard” 2A4 alman tankının modernləşdirilməsi ilə bağlıdır. 1980-ci illərin sonlarından istifadə olunan bu tanklar 2000-ci ildən etibarən Norveç ordusunun silahlanmasında yer alıb.

NATO iddia edir ki, bu, Norveç Quru Qoşunlarının ən iri bölməsi olan “Nur”u orta piyada briqadasından NATO tələblərinə uyğun ağır briqadaya çevirməyə imkan verəcək. Modernləşmə Norveç hökumətinə 610 milyon dollara başa gələcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Norveç  


Bizi "telegram"da izləyin