Ordu.az Desantura.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, artıq xüsusi təyinatlılar “Tayfunyonok”ların mənimsənilməsi üzrə işlərə başlayıblar. Mənimsəmə çərçivəsində zirehli avtomobilin dağ-meşə şəraitində və yolsuzluq şərtlərində ümumqoşun poliqonları və tankodromlardan sınaqdan keçirilməsi planlaşdırılır.
Qeyd edilir ki, xüsusi təyinatlılar “Tayfunyonok”larla avtokolonların müşayiəti, diversiya qruplarının hücumlarının dəf edilməsi, kəşfiyyatçıların tapşırığı yerinə yetirdikdən sonra şərti rəqibin ərazisində evakuasiyası, həmçinin şərti yaralı hərbçilərin daşınması üzrə tapşırıqları yerinə yetirəcəklər.
Ağalar Qəribov
Ordu.az