Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
“İclas çərçivəsində Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu Silahlı Qüvvələrin bir sıra istiqamətlər üzrə fəaliyyətinin əsas nəticələrindən bəhs edəcək, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri Pavel Qusyev isə ilin əvvəlindən İctimai Şuranın üzvlərinin işi barədə məlumat verəcək”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, həmçinin Rusiya Müdafiə Nazirliyi Kadrların İdarə Edilməsi Baş İdarəsinin rəisi Viktor Qoryemıkin Silahlı Qüvvələrdə müqavilə əsaslı hərbi xidmətçilərin komplektləşdirilməsi barədə hesabatla çıxış edəcək.
Ağalar Qəribov
Ordu.az