“Tomahawk”lar Rusiyada yeni silahın yaradılmasına istifadə ediləcək

2018/05/2398-Tomahawk_1527574884.jpg
Oxunub: 4309     14:21     29 May 2018    
“Suriyadan alınan “Tomahawk” qanadlı raketlərinin tədqiqatı nəticələrinin nəzərə alınması ilə Rusiyada yeni radioelektron mübarizə vasitələri yaradılacaq”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Radiolektronnıye texnoloqii” konserninin rəhbər müavinin müşaviri Vladimir Mixeyev bəyan edib.

“Əlbəttə, hazırda “Tomahawk”ların analizi nəticəsində əldə olunan göstəricilərin nəzərə alınması ilə yeni elektron müharibə texnikası nümunələri yaradılacaq. Yeni texnika bütün tezlik diapazonlarını örtməlidir”, - deyə Mixeyev bildirib.

O qeyd edib ki, “Tomahawk”ları tədqiq etmək imkanının mövcudluğu ümumilikdə Rusiya radioelektron mübarizə vasitələrinin inkişafına böyük töhfə verə bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Tomahawk  


Bizi "telegram"da izləyin