Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Ümumilikdə biz NATO hərbi strukturunun sərhədlərimizə doğru tədrici ekspansiyasının qeydə alanda, təbii olaraq bu, qitədə təhlükəsizlik və stabilliyə şərait yaratmır. Əksinə, ekspansiya fəaliyyəti Rusiya tərəfinin hər dəfə bu formada pozulan pariteti balanslaşdırmaq üçün əks tədbirlər görməsinə səbəb olur”, - deyə Peskov bildirib.
O qeyd edib ki, əgər Polşa hökuməti ABŞ bazalarını ölkəsində yerləşdirmək istəyirsə, bu, onların şəxsi qərarıdır, lakin bu, qitədəki ümumi təhlükəsizlik atmosderinə pis təsir edir.
Ağalar Qəribov
Ordu.az