Hindistan KİV-ləri: S-500-lər THADD-ları dəfələrlə üstələyir

2018/05/2387-S-500_1527495162.jpg
Oxunub: 4067     16:26     28 May 2018    
S-500 “Promotey” raketləri ABŞ THAAD-ları kimi hədəfə çırpılaraq onu kinetik enerji ilə məhv etməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Eurasian Times” nəşri məlumat yayıb.

Məlumata görə, S-500-lərin sınaqlar çərçivəsində göstərdiyi nəticələr unikaldır və bu baxımdan THAAD-ları üstələyir.

“THAAD-lar hədəfləri kinetik enerji ilə məhv edir, lakin belə olan halda hədəfin vurulma ehtimalı xeyli dərəcədə aşağı düşür. Ənənəvi raket əleyhinə raketlər havada partlayaraq yaxınlıqdakı obyekti məhv edir, S-500 konstruktorları yalnız bu modellə işləməyə davam edirlər”, - deyə məlumatda bildirilir.

Həmçinin qeyd edilir ki, S-500-lərin imkanları THADD-lardan dəfələrlə çoxdur. Bu özünü həm aşkarlama məsafəsi, həm hədəflərin vurulması, həm də eyni anda vurulması mümkün raketlərin sayında göstərir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   S-500   THAAD  


Bizi "telegram"da izləyin