Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Andjey Duda NATO Parlament Assambleyasının yaz sessiyasının plenar iclasında bəyan edib.
“Biz xüsusilə indi – bizim təhlükəsizlik sistemimiz müxtəlif oyunçular tərəfindən yoxlanmaya məruz qaldığı zaman transatlantik əlaəqlərin əhəmiyyətini unutmamalıyıq. Bizim təhlükəsizliyimiz üçün ən mühüm rəqib Rusiyadır”, - deyə Duda bildirib.
O qeyd edib ki, Avropanın təhlükəsizliyinin əsas qarantı transatlantik əlaqələrin möhkəmləndirilməsi, həmçinin NATO ölkələrinin müdafiə xərclərini artırmasıdır.
Ağalar Qəribov
Ordu.az