Əfqanıstan və Pakistan hərbi rəsmiləri sülh məsələsini müzakirə edib

2018/05/234_1527494143.jpg
Oxunub: 1638     15:52     28 May 2018    
Əfqanıstan və Pakistandan olan yüksək rütbəli hərbi və kəşfiyyat zabitləri regionda daimi sülhü təmin etmək məqsədilə səylərin artırılmasına razılaşıblar.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, tərəflər arasında görüş Pakistan ordusunun Ravalpindi şəhərindəki qərargahında baş tutub.

Milli Təhlükəsizlik müşaviri Hanif Atmarın rəhbərlik etdiyi Əfqanıstan nümayəndə heyətinin tərkibində ölkənin kəşfiyyat xidmətinin rəhbəri və digər rəsmilər daxil olub.

Pakistan Baş Qərargahının bu gün yaydığı bəyanata görə, BQ rəisi general Qəmər Cavid Bəcva bildirib ki, biz heç birimizin öz torpaqlarından digərinə qarşı istifadəyə yol vermədiyinə inanmağa başlamalıyıq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan-Pakistan   Sülh  


Bizi "telegram"da izləyin