Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp özünün tvitter hesabından məlumat yayıb.
“Bizim komandamız Kim Çen Inla mənim aramda baş tuta biləcək sammiti tənzimləmək üzrə Şimali Koreyaya gedib. Mən həqiqətə inanıram ki, Şimali Koreyanın çox yaxşı potensialı var və o bir gün böyük iqtisadi və maliyyə ölkəsi olacaq. Kim Çen In da bu məsələdə mənimlə eyni fikirdədir. Olacaq”, - deyə tvitdə yazılıb.
Digər tərəfdən ABŞ XİN-in mətbuat katibi Hezer Nauretin yazılı bəyanatında ABŞ nümayəndə heyətinin münaqişəsiz zona olan Panmuncomda Şimali Koreya heyəti ilə görüşdüyü qeyd olunub.
“Japan Times” agentliyin məlumatına görə, sammitdə əsas müzakirə mövzusu Pxenyanın əlində olan nüvə başlıqlarının xaricə daşınması olacaq. Lakin bu məsələdə razılığın əldə olunacağı şübhə altındadır. Belə ki, ABŞ Şimali Koreyadan ilkin olaraq iyirmiyə qədər nüvə başlığını xaricə daşımağa icazə verməsini tələb etsə də, rəsmi Pxenyan buna istəksiz görünür.
Ağalar Ağalarlı
Ordu.az