Ordu.az “Yeni Safak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumətindən olan mənbələr məlumat yayıb.
Məlumata görə, əgər Birləşmiş Ştatlar F-35 qırıcılarının Türkiyəyə təchizatına qadağa qoysalar, Türkiyə bunun qarşılığında Rusiya qırıcıları alacaq.
Bununla belə, Ankara özünün ABŞ təyyarələrinə dair planlarından imtina etmək niyyətində deyil. Bu səbəbdən Rusiya təyyarələri hələlik yalnız alternativ olaraq qiymətləndirilir.
Ağalar Qəribov
Ordu.az