Ordu.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Deyr əz-Zor vilayətində bir qrup terrorçu hökumət qüvvələrinin nəzarətində olan bölgəyə hücum edib. Hücum nəticəsində meydana gələn qarşıdurmada Rusiyadan 4 əsgər həlak olub, 3 əsgər isə yaralanıb.
Rusiya MN-in yaydığı məlumatda deyilir ki, ölən əsgərlər Suriya ordusuna yardım göstərən hərbi məsləhətçilər olub. Suriya batalyonuna atış nəzarəti edən iki əsgər döyüş meydanındaca həlak olub, 5 nəfər isə yaralanıb. Yaralananlardan ikisi isə hərbi hospitalda dünyasını dəyişib.
Gecə vaxtı meydana gələn qarşıdurmada terrorçulardan isə 43 nəfər məhv edilib. İŞİD 5 ədəd hərbi yük maşınını, zirehli nəqliyyat vasitəsi və raketatanı sıradan çıxardığını iddia edib.
Ağalar Ağalarlı
Ordu.az