Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa bəyan edib.
“İki ölkənin beynəlxalq və ikitərəfli mövzuları ətraflı müzakirə edə bilmələri çox vacibdir. Xüsusilə biz 4 şimal adasında birgə iqtisadi fəaliyyətin həyata keçirilməsi barədə konkret nəticələrə gələ və keçmiş sakinlər üçün humanitar tədbirlərə nail ola bildik”, - deyə Suqa bildirib.
O qeyd edib ki, tərəflər danışıqlar çərçivəsində Şimali Koreya və ABŞ liderlərinin görüşün məsələsi, həmçinin KXDR-in nüvəsizləşdirilməsini də müzakirə ediblər.
Ağalar Qəribov
Ordu.az