Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ-nin Mərkəz Komandanlığının məlumatında qeyd olunub.
Məlumata görə, hesabat martın 22-dən mayın 11-ə qədər olan müddəti əhatə edir. Həmin dövr ərzində A-29 pilotları Əfqanıstan ordusunun 30 quru missiyasına dəstək göstərib və düşmən hədəflərinə 50 ədəd lazerli bomba atıb.
Bu bombaların Əfqanıstan HHQ-yə istifadəyə verilməsinin ordunun silahlılara qarşı mübarizəsindəki gücünü möhkəmləndirdiyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az