Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistan müdafiə nazirliyində kollegiya iclası keçirilib.
Məlumata görə, iclas zamanı döyüş növbətçiliyinin təşkili prosesi, mövcud problemlər və onların həlli yolları müzakirə edilib.
Ermənistan SQ-nin baş qərargahının əməliyyat idarəsinin rəisi, BQ rəis müavini general-mayor Tiqran Xaçatryan hesabat məruzəsi ilə çıxış edib. Çıxış zamanı, döyüş mövqelərinin əlavə təchizatlanması, yeni texniki imkanların tətbiqi istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.
Kollegiya iclasına yekun vuran Ermənistan müdafiə naziri Davit Tonoyan görüləcək işlər barədə tapşırıqlar verib.
Alpər Mövludoğlu
Ordu.az