Ermənistan MN-də kadr dəyişikliklərinin aparılması gözlənilir

2018/05/345345_1527238876_1527323111.jpg
Oxunub: 3398     16:23     26 May 2018    
Ermənistan müdafiə nazirliyini Vigen Sarkisyanla bərabər onun köməkçisi, məsləhətçisi, iki müavini, administrasiya rəhbəri tərk edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vigenin komanda üzvlərindən audit rəhbəri və informasiya şöbəsinin rəisi Qevorq Altunyan hazırda xidmətini davam etdirir.

Məlumata görə, Ermənistanın müdafiə naziri David Tonoyan vaxtilə müdafiə nazirliyindən apardığı 3-4 köməkçisini Fövqəladə Hallar Nazirliyindən geri gətirib. Lakin fərqli şəxslərin gedib-gəlməsinə baxmayaraq, yeni müavinlər hələ də təyin edilməyib və kimin olacağı məlum deyil.

Monte Melkonyan adına Hərbi Kollecinin direktoru Vitalik Voskanyan xüsusi tapşırıqlar üzrə məsləhətçi təyin edilib. Ermənistan müdafiə nazirliyində əmindirlər ki, kadr dəyişiklikləri tədbirlərin yekunlaşdırılmasından sonra tam başa çatacaq.

Xatırladaq ki, mayın 28-də Ermənistanda keçiriləcək tədbirlərdən sonra Altunyanın da vəzifəsini tərk edəcəyi istisna edilmir. Çünki o, həmişə Sarkisyan komandasının nümayəndəsi olduğunu vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-MN   Dəyişiklik  


Bizi "telegram"da izləyin