Bu barədə
Ordu.az müxbiri ilə söhbətində məşhur belaruslu hərbi ekspert Aleksandr Alyesin erməni mətbuatında müzakirə olunan Rusiyanın Ermənistanı “Tor-M2” zenit raket kompleksləri ilə təchiz etməsinə dair məlumatları şərh edərkən bildirib.
“Tank əleyhinə raket kompleksləri və PUA-lar “Tor-M2” üçün yüngül hədəfdir. Lakin Azərbaycanın buna cavab vermək üçün vasitəsi var. Mən “Polonez” komplekslərini nəzərdə tuturam. Xüsusən, əgər diviziyanın yaylım atəşi həyata keçirilsə, “Tor” burada gücsüzdür, belə ki, o, eyni anda 4-dən çox hədəfi məğlub edə bilmir. Əgər hədəflər çox olsa, “Tor” yenə də kömək etməyəcək. Hesab edirəm ki, “Tor”a qarşı ən yaxşı vasitələr “Smerç” və “Polonez”lərdir. Yəni əgər kütləvi yaylım atəşi həyata keçirilsə, “Tor” “Polonez” və “Smerç”lərə qarşı dura bilməyəcək”, - deyə Alyesin bildirib.
O qeyd edib ki, Azərbaycan artıq ilin sonunadək 10 ədəd “Polonez” qurğusundan ibarət ilk diviziyanı əldə edəcək.
“Həmçinin elə bu yaxın günlərdə Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi Belarusdan olan nümayəndə heyəti Azərbaycana səfər edib. Yeri gəlmişdən, Azərbaycan “Polonez”lərə maraq göstərən kimi onu əldə etmək istəyənlərdən ibarət böyük bir sıra yaranıb”, - deyə ekspert vurğulayıb.
Bəhram Batıyev
Ordu.az