“Lockheed” və ABŞ QQ dekabrda yeni xarici skeleti sınayacaq - VİDEO+FOTO
Oxunub: 1519
00:16
26 May 2018
“Lockheed Martin”in yeni xarici skeleti mini dronlar, təkərli robotlar və VR təqlidçiləri ilə əhatə olunarkən çox da texnoloji görünmür. Lakin onunla yaxından tanış olduqda qazandırdığı imkanlar daha yaxşı nəzərə çarpır.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, istehsalçı şirkət ABŞ Quru Qoşunları ilə birlikdə yeni texnologiyanı dekabrda sınaqdan keçirməyi planlaşdırır.
O, istifadəçini hər addımında gücləndirə bilən kompakt hərəkətvericidir. ONYX elmi-fantastik “Dəmir Adam” kinosundakı kimi zirehli gücləndirici olmasa da, ona doğru atılmış böyük addım kimi dəyərləndirmək olar.
Ordu dekabrdan etibarən üç mərhələli sınaqlara başlayacaq. Sınaqlardan sonra istifadəçilərin rəylərinə görə, təkmilləşdirmələr həyata keçirilməsi və 2020-ci ildə istifadəyə verilməsi planlaşdırır. “Lockheed”in proqram rəhbəri Keys Maksvel 2020-ci ildə ONYX-in real əməliyyatlara hazır olacağını iddia edib.
Hazırda onunla bağlı əsas problem onun insanın təbii forması ilə uyğunlaşmadığı üçün insanı tez yormasıdır. Dayanıqlılığın fiziki gücdən daha önəmli olması isə bu problemin aradan qaldırılmasını tələb edir.