Lazerlər Əfqanıstan HHQ-nin hücumlarına kömək edir

2018/05/received_2546127592280060_1527262986.jpeg
Oxunub: 1594     23:39     25 May 2018    
Əfqanıstan Hərbi Hava Qüvvələri öz arsenalına təzliklə lazerlə idarə olunan dəqiq sursatlar əlavə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu silahlar Əfqanıstan HHQ-nin “Taliban”a qarşı hücumlarına böyük töhfə verir.

ABŞ-ın Əfqanıstandakı 438-ci Praktiki Müşahidə Bölüyünün komandiri Castin Uilyam bildirib ki, bu silahların imkanları Əfqanıstan HHQ üçün çox böyük üstünlük təmin edir.

“Əfqanıstan sonuncu döyüş mövsümünə qədər ona sahib deyildi. Lakin bu sezon həmin silahların əldə edilməsi ilə düşmən üzərində ciddi psixoloji təsir oyandırdığını görürük”, - deyə o qeyd edib.

Uilyams bütün bombaların əfqanlar tərəfindən hazırlandığını xüsusilə vurğulayıb. Hətta bu bombaların Əfqanıstan təyyarələrinə quraşdırılmasını belə yerli mütəxəssislər həyata keçirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   lazer  


Bizi "telegram"da izləyin