ABŞ Avropanın qəlbinə ölümcül dronlar göndərib

2018/05/received_2546129615613191_1527261962.jpeg
Oxunub: 2584     23:14     25 May 2018    
Birləşmiş Ştatlar Avropaya “reaper” dronları göndərməklə ilk dəfə olaraq öz dronlarını Yunanıstana yerləşdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, MQ-9 “Reaper” dronları hazırda Egey dənizi yaxınlığındakı “Larisa” aviabazasındadır.

ABŞ ordusunun rəsmiləri dronların Yunanıstanda müvəqqəti olaraq qalacağını bildiriblər. Belə ki, hazırda inşası davam edən Afrikadakı baza hazır olduqdan sonra dronlar həmin bazaya köçürüləcək.

MQ-9 “Reaper”lər silahlı, uzun istifadə müddətinə malik uzaqdan idarəoluna bilən dronlardır. Onlardan kəşfiyyat materilları toplamaq və döyüşdə istifadə etmək mümkündür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa   Reaper  


Bizi "telegram"da izləyin