ABŞ-ın yeni müdafiə büdcəsində Çin telefonları ilə bağlı qərar var

2018/05/345435_1527251856.jpg
Oxunub: 3290     20:28     25 May 2018    
ABŞ Nümayəndələr palatası yeni təsdiqlədiyi müdafiə büdcəsində federal idarələrin 2021-ci ilə qədər Çin telekommunikasiya vasitələrini öz şəbəkələrindən yığışdırmasını istəyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, kəşfiyyat rəsmiləri Çinin bu kompaniyalardan rəqəmsal kəşfiyyat alətləri kimi istifadə edə biləcəyindən narahatdır.

Xüsusilə “Huawei” və ZTE provayderləri ilə bütün əlaqələrin kəsilməsi göstərilib. 6 aydan uzun müddətdir ki, Konqres eyni addımı Rusiya texnologiya şirkəti olan “Kaspersky Lab” üçün atıb. Belə ki, Rusiyanın anti-virus şirkətinin proqramlarından federal idarələrin şəbəkələrində istifadəyə qadağa qoyulub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Çin   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin