Yeni Rusiya sualtı gəmisinin görüntüsü müəyənləşdirilib

2018/05/345_1527250790.jpg
Oxunub: 3967     20:18     25 May 2018    
“Rusiyalı mütəxəssislər 5-ci nəsil sualtı atom gəmisinin layihələndirilməsi üzrə işləri tamamlayıblar”.

Ordu.az “Krasnaya zveda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Gəmiqayırma şirkətinin rəhbəri Aleksey Rəhmanov bəyan edib.

Onun sözlərinə görə, hazırda yeni sualtı gəminin taktiki-texniki xüsusiyyətlərinin müəyyənləşdirilməsi üzərində işlər aparılır.

“Yeni sualtı gəminin hipersəs qanadlı raketlər ilə təchiz olunması ehtimalı da mövcuddur. Yeni gəmi hipersəs raketini daşımağa qadirdir və bir sıra unikal xüsusiyyətlərə malikdir”, - deyə Rəhmanov bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sualtı-gəmi  


Bizi "telegram"da izləyin