"Ordunun siyasi baxımdan geri baxmağa ixtiyarı yoxdur" - Paşinyan

2018/05/7567_1527250011.jpg
Oxunub: 2961     20:05     25 May 2018    
"2018-2024-cu illərdə silahlı qüvvələrin inkişafı proqramı ardıcıl olaraq həyata keçirilməlidir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə nazirliyindəki görüşündə bildirib.

Paşinyanın sözlərinə görə, ordu tərəfindən siyasətə birbaşa və ya dolayı müdaxilə səhifəsi bir dəfəlik bağlanıb.

"Ümid edirəm ki, ordu tərəfindən siyasətə birbaşa və ya dolayı müdaxilə səhifəsini bir dəfəlik bağladıq. Əminəm ki, ordunun siyasi baxımdan geri baxmağa ixtiyarı yoxdur. Bu prinsipi bütün səviyyələrdə qorumaq və müdafiə etmək lazımdır", - deyə Paşinyan bəyan edib.

Xatırladaq ki, 2018-2024-cü illərdə Ermənistan silahlı qüvvələrinin inkişaf planı sabiq müdafiə naziri Vigen Sarkisyan tərəfindən hazırlanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Paşinyan  


Bizi "telegram"da izləyin