Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bəyan edib.
“Gərgin zamandır. Bu, İkinci Dünya Müharibəsindən sonra ən gərgin dövrdür. Onilliklər ərzində formalaşan və qarşılıqlı etibara və etimada xidmət edən institutlar aradan qalxır. Lakin total etimadsızlıq barədə fikirlər həqiqəti tam əks etdirmir”, - deyə Matviyenko bildirib.
O qeyd edib ki, Qərb ölkələri Rusiya ilə münasibətlərdə praqmatikdir və dərk edirlər ki, Rusiya dünya nizamının deqradasiya etməsinə yol verməyəcək.
Ağalar Qəribov
Ordu.az