Ordu.az “Voyennoye obozreniye” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.
Məlumata görə, “Orlan-10E” adını alan PUA-nın maksimal çəkisi 18 kiloqramdır. PUA-nın qanadlarının uzunluğu 3,1 metr, faydalı yük daşıma imkanı 3 kiloqram təşkil edir.
Bu PUA-ların havada 10 saat qalması mümkündür. Uçuş aparatının sürəti 150 kilometr/saat, uçuş ehtiyatı 300 kilometr təşkil edir.
Ağalar Qəribov
Ordu.az