Rusiyanın “Kalaşnikov” konserni yeni istehsal etdiyi “Vityaz” tapança-pulemyotlarını sınaqdan keçirib.
Ordu.az Dayonline.ru saytına istinadən xəbər verir ki, sınağın görüntüləri konsernin “Youtube” şəbəkəsindəki hesabında yerləşdirilib.
Kadrlardan “Vityaz” tapança-pulemyotunun necə işlədiyini görmək mümkündür. Həmçinin Rusiya istehsalı olan gecə görünüşü avadanlıqarı və “Qruppa-99” şirkətinin istehsal etdiyi ekipirovkanı görmək mümkündür.
Qeyd edək ki, “Vityaz” tapança-pulemyotu 2004-cü ildə hazırlanıb. O, AKS-74U-nun bazasıda yaradılıb.