Rusiya HDQ üçün “Tayfun”lar yaradılıb

2018/05/34534_1527244464.jpg
Oxunub: 1883     18:28     25 May 2018    
“Rusiya Hava Desant Qoşunları üçün “Tayfun” zirehli avtomobil seriyasının paraşütlə desantının mümkün olduğu maşınlar yaradılıb”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hava Desant Qoşunları Avtomobil Xidmətinin rəhbəri, polkovnik-leytenant İlya İvanov bəyan edib.

O qeyd edib ki, əgər avtomobilin dövlət sınaqları uğurlu keçsə, maşın silahlanmaya qəbul ediləcək və onun orduya təchizatına başlanacaq.

“Hazırda təcrübi-konstruktor işləri davam edir. Avtomobilin zirehlərinin möhkəmliyinə xüsusi diqqət ayrılır”, - deyə İvanov bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   HDQ   Tayfun  


Bizi "telegram"da izləyin