Ukraynada gərginlik davam edir: 2 yaralı

2018/05/3408232345_1527243702.jpg
Oxunub: 3661     18:20     25 May 2018    
Ukraynanın şərqində - Donbasda gərginlik davam edir.

Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşkəs ümumilikdə 36 dəfə pozulub. Atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 2 nəfər hərbi qulluqçusu yaralanıb.

Qeyd edilir ki, separatçılar 152 və 122 millimetrlik artilleriya mərmisi, 90 ədəd müxtəlif kalibrli mina və tanklardan 30 atış həyata keçirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ölüm  


Bizi "telegram"da izləyin