Ordu.az “Times of İsrael”ə istinadən xəbər verir ki, hücum krallığın cənununda yerləşən Nəcran bölgəsinə edilib.
Qiyamçılar Nəcrana “Badr-1” raketi atıblar. Ərəb koalisiyasının mətbuat katibi polkovnik Turki əl-Maliki havadan müdafiə qüvvələrinin raketi zərərsizləşdirə bildiyini söyləyib.
Onun sözlərinə görə, raketin hissələri yaşayış məntəqələrinə düşsə də, heç bir itki və ya dağıntıya yol açmayıb.
Ağalar Ağalarlı
Ordu.az