Ordu.az “Belta”ya istinadən xəbər verir ki, sədr bu barədə Türkiyə Müdafiə Sənayesi müstəşarı İsmayıl Dəmirlə görüşündə danışıb.
Tərəflər Qazaxıstanın paytaxtı Astanada davam edən KADEX-2018 hərbi texnologiya sərgisi çərçivəsində bir araya gəliblər.
Görüş zamanı hərbi texnologiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı əlaqələr və maraqlar, Belarus-Türkiyə əməkdaşlıq komitəsinin işi müzakirə edilib.
Oleq Dviqalev daha sonra sərgidə Türkiyə kompaniyalarından STM, HAVELSAN və digərlərinin stendinə baş çəkib.
Ağalar Ağalarlı
Ordu.az