“Vertloyotı Rossii” Rusiya MN-lə Mi-14-lərin modernləşdirilməsini müzakirə edir

2018/05/345_1527237434.jpg
Oxunub: 4169     17:06     25 May 2018    
“Rusiyanın “Vertolyotı Rossii” holdinqi Rusiya Müdafiə Nazirliyi ilə Mi-14 amfibiya helikopterlərinin modernləşdirilməsi məsələsini müzakirə edir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Vertolyotı Rossii” holdinqinin rəhbərinin hərbi texnika satışı üzrə müavini Vladislav Savelyev bəyan edib.

“Hazırda bu məsələ Rusiya Müdafiə Nazirliyi tərəfindən müzakirə edilir. Biz MN-dən təcrübi-konstruktor işlərinin aparılması üzrə tapşırıq aldıq, öz təkliflərimizi ifadə etdik, lakin qərarı Müdafiə Nazirliyi verəcək”, - deyə Savlelyev bildirib.

O qeyd edib ki, artıq 2018-ci il çərçivəsində Mi-14 helikopterləri ilə bağlı son qərar veriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vertloyotı-Rossii   Mi-14  


Bizi "telegram"da izləyin