Ordu.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
“Sənədə “Ukrayna ilə kibertəhlükəsizlik məsələləri üzrə əməkdaşlıq barədə” qanunun əsas müddəları, o cümlədən Ukrayna ordusunun təminat və təchizatı, həmçinin Ukraynanın Rusiyanın informasiya və kommunikasiya texnologiyalarından asılılığı ilə bağlı bəndlər əlavə edilib”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, qanun layihəsində həmçinin Ukraynanın ölümcül silahlarla təchizatı məsələsi də əksini tapıb və bu, ABŞ prezidenti Donald Trampın şəxsi təşəbbüsü olub.
O cümlədən qanun layihəsində Ukraynaya 250 milyon dollar vəsaitin də hərbi yardım qismində qəbul edilməsi məsələsin öz əksini tapıb.
Ağalar Qəribov
Ordu.az