Ermənistanın yeni Baş Qərargah rəisi təyin edilib

2018/05/1_1527186713.png
Oxunub: 1506     02:24     25 May 2018    
Ermənistanın baş naziri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisini təqdim edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi olaraq general-mayor Artak Davtani təqdim edib.

"Mən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının yeni təyin olunmuş başçısını - general-mayor Artak Davtyanı təqdim etməyə şadam", - deyə o bildirib.

Xatırladaq ki, Artak Davtyan Baş Qərargahın əməliyyat idarəsinin müdiri vəzifəsində olub, 2017-ci ilin sentyabr ayında isə Ermənistan Müdafiə Nazirliyinin beşinci korpusunun komandiri təyin olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BQ-rəisi   Davtyan  


Bizi "telegram"da izləyin