“Belarus Azərbaycana ön xətt silahları təqdim edə bilər – Sergey Palagin (ÖZƏL)

2018/05/1888869_750323091646133_1008058952_o_1526634774_3053282528.jpg
Oxunub: 7929     18:59     18 May 2018    
“Belarus və Azərbaycan əməkdaşlığı geniş istiqamət spektri üzrə həyata keçirilir, prioritetlər istehsal kooperasiyası, elm və texnologiya sahəsində həyata keçirilən layihələr, həmçinin investisiya əməkdaşlığıdır”.

Bu barədə Ordu.az-a Belarus Xarici Siasət və Təhlükəsizliyin Öyrənilməsi Mərkəzinin direktoru Sergey Palagin Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərini şərh edərkən bildirib. Xatırladaq ki, səfər çərçivəsində Dviqalyov Azərbaycan müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Yavər Camalovla görüşüb.

“Silahlanma sahəsində qarşılıqlı fəaliyyət iki ölkə arasında əməkdaşlığın keyfiyyət baxımından yeni mərhələsidir. Hazırda Belarus Azərbaycana yeni ön xətt silahları göndərə təklif edə bilər.

Azərbaycan hərbçilərinin və Belarus Dövlət Hərbi Sənaye Komitəsinin nümayəndələrinin qarşılıqlı səfərləri ətrafında məlumat səs-küyünün olmaması aparılan danışıqların xüsusyyətlərinin nəzərə alınması halında təbbi fon kimi görünür, buna görə də yalnız danışıq iştirakçıları etibarlı məlumata sahibdirlər. Lakin Belarus tərəfi bəyan edib ki, “Polonez”lərin həm MDB ölkələri, həm də digər ölkələrdən olan müttəfiqlərə satışını istisna edilmir. Bununla əlaqədar olaraq Belarus silahının keçmiş SSRİ ölkləri, o cümlədən Azərbaycana peyda olmasını istisna etmək olmaz”, - deyə S. Palagin bildirib.

Bəhram Batıyev
Ordu.az

Teqlər: Palagin   Polonez   Belarus-Azərbaycan  

“Belarus Azərbaycana ön xətt silahları təqdim edə bilər – Sergey Palagin (ÖZƏL)

2018/05/1888869_750323091646133_1008058952_o_1526634774_3053282528.jpg
Oxunub: 7930     18:59     18 May 2018    