Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə naziri Stepan Poltorak danışıb.
“Müharibənin geridə qalan illəri ərzində ABŞ bizə 800 milyon dollarlıq yardım təmin edib. 2018-ci il xüsusilə həssas ildir. Ümid edirəm ki, qoşunların döyüş hazırlığı bu il əhəmiyyətli ölçüdə artacaq”, - deyə Poltorak qeyd edib.
Javelin raketlərindən əlavə hansı silahların alınacağına dair verilən suala nazirin cavabı belə olub: “Hərbi Hava və Havadan müdafiə qüvvələrimizin hazırlığını gücləndirmək lazımdır. Biz diqqətimizi bu sahələrə ayırmalıyıq: havadan müdafiə komplekslərinin formalaşdırılması, artilleriya sistemləri, müasir tank əleyhinə silahlar və elektron müharibə. Bunların gücləndirilməsi istiqamətində ABŞ-ın dəstəyinə ümidvarıq”.
Ağalar Ağalarlı
Ordu.az