Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundan olan mənbələr məlumat yayıb.
“Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin bölmələri İsrailin onlarla raketini vurub və onlardan bir çoxunun hədəfə çatmasının qarşısını alıb, lakin onlardan bəziləri hədəflərə çataraq bir neçə radar və hərbi sursat anbarını məhv edib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, raket zərbələri nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Ağalar Qəribov
Ordu.az