Ordu.az Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen In ABŞ dövlət katibi Maykl Pompeo ilə keçirilən danışıqların nəticəsi barədə danışarkən bəyan edib.
“KXDR və ABŞ arasında baş tutacaq sammit Koreya yarımdasına müsbət dəyişikliklərin gəlməsi və işıqlı gələcəyin qurulması üçün ilk addım olacaq”, - deyə Kim Çen In bildirib.
Qeyd edək ki, daha öncə KXDR lideri ilə görüşən Maykl Pompeo Kim Çen Inla məhsuldar müzakirə həyata keçirdiyini açıqlayıb.
Ağalar Qəribov
Ordu.az