Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Pens görüş çərçivəsində İranın nüvə silahına sahib olmasının yolverilməz olduğunu və Koreya yarımadasının nüvəsizləşdirilməsinin zəruriliyini vurğulayıb.
“Maykl Pens və Boris Conson o cümlədən Suriyada mövcud olan vəziyyətə dair fikir mübadiləsi aparıblar. Tərəflər geosiyasi dəyişikliklərə qarşı birgə mübarizə barədə də razılıq əldə ediblər”, - deyə məlumatda bildirilir.
Ağalar Qəribov
Ordu.az