Putin S-400 və RS-24-lərin istehsalçısının işini qiymətləndirib

2018/05/orig-1525694284907819101c6b9cb15ac5162e4fb7b503345_1525698250.jpeg
Oxunub: 3876     21:02     07 May 2018    
“Yeni xüsusi texnikaların hazırlanmasında “Obuxovsk zavodu”nun böyük rolu var”.

Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Rusiya müdafiə sənayesinin gücləndirilməsində gördükləri işlərə görə “Obuxovsk zavodu”na xüsusi təşəkkürümü bildirirəm”, - deyə Putin bildirib.

Qeyd edək ki, zavod həmçinin RS-24 YARS və R-36M2 “Voyevoda”lar üçün komanda məntəqələri, həmçinin S-400 və S-300-lər üçün müxtəlif tərkib hissələri istehsal edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   S-400   YARS  


Bizi "telegram"da izləyin