ABŞ donanması Suriyada İŞİD-ə zərbələr endirib

2018/05/10461686514564_1525500410.jpg
Oxunub: 1847     14:05     05 May 2018    
ABŞ donanmasının “USS Harry S. Truman” aviadaşıyıcısının hücum qrupu artıq Suriya sahillərinə çatıb və dərhal İŞİD-i bombalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ donanmasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, donanmanın döyüş təyyarələri İŞİD-ə qarşı aparılan əməliyyata dəstək məqsədilə terrorçuların mövqelərinə zərbələr endirib.

Suriya sahillərinə çatan aviadaşıyıcının hücum qrupunda “Areligh Burke” sinifli raket esminesləri və idarəolunan qanadlı raketləri var.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya   HDQ   İŞİD  


Bizi "telegram"da izləyin